Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:56

Təkcə bu gün Əfqanıstanda 27 nəfər ölüb


Əfqanıstanın Paktika əyalətində yerli təhlükəsizlik qüvvələrinin qərargahına edilmiş hücum nəticəsində 12 nəfər ölüb, 16 adam isə yaralanıb.

Yerli hakimiyyətin verdiyi məlumata görə, iki intiharçı qərargahın yerləşdiyi əraziyə daxil olaraq özlərini partladıblar.

NATO komandanlığı isə bu gün ölkənin cənub-şərqində yerləşən Nanqarhar və Helmand əyalətlərində getmiş ağır döyüşlərdə 17 yaraqlının öldürüldüyünü xəbər verir.

Koalisiya və yerli qüvvələrin itki verməsi barədə mılumat yoxdur.
XS
SM
MD
LG