«Görüş normal və işgüzar ritmdə keçdi. Biz Astanada keçiriləcək sammitə hazırlıq məsələlərini müzakirə etdik. Burada işgüzar görüşümüz var. Buradan isə Astanaya gedəcəyik».
Bunu Yerevana səfərini başa vuraraq Bakıya qayıdan Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Ermənistanda keçirdikləri görüşlər barədə jurnalistlərə açıqlamasında bildirib.
Rusiyalı həmsədr Ermənistan prezidenti Serj Sarkisyanın Astanada ATƏT-in sammitinə qatılması məsələsinə də münasibət bildirib:
«Hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentləri sammitdə iştirak edəcəklər. Nəticəni bilmək üçün isə biz Astana görüşünü gözləməliyik. Görüşün hansı formatda keçiriləcəyi isə müzakirə mövzusudur. Son nəticə isə mən güman edirəm ki, Astana görüşü qabağı məlum olacaq».
Qeyd edək ki, Ermənistana səfərini başa vuran ATƏT-in Minsk qrupunun amerikalı və rusiyalı həmsədrləri Robert Bradtke və İqor Popov yenidən Bakıya qayıdıblar.
Fransalı həmsədr Bernar Fasye isə ölkəsinə qayıdıb. O, həmkarlarına Astanada qoşulacaq. / ANS /