Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:31

MSK təkzib verdi


Mərkəzi Seçki Komissiyası parlament seçkisinin nəticələrinə dair protokolu Müsavat partiyasından olan üzvü Gülağa Aslanlının imzalaması barədə xəbəri təkzib edib.

Təkzib rəsmi “Azərbaycan” qəzetinin 26 noyabr sayının 11-ci səhifəsində dərc olunub.

“Azərbaycan” qəzeti 23 noyabr sayında MSK-nın seçkilərin yekunları haqqında protokolun təsdiq olunması və Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərarını dərc edib.

MSK-nın noyabrın 22-də qəbul etdiyi qərara MSK üzvü Gülağa Aslanlı imza atmadığı halda onun adı qəzetdə çap olunan qərarın lehinə imza atanların siyahısında olub.

Gülağa Aslanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, MSK-nın 25 noyabr yığıncağında bu məsələni qaldırıb. MSK sədri Məzahir Pənahov bunun texniki qüsur olduğunu deyib.

“Azərbaycan” qəzeti seçkinin nəticələri barədə qərarı noyabrın 23-də versə də, təkzibi 3 gündən sonra, noyabrın 26-da yerləşdirib.
XS
SM
MD
LG