Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Vladimir Putin Almaniya kansleri Anjela Merkellə qaz məsələsini müzakirə edəcək



Rusiyanın baş naziri Vladimir Putin bu gün Almaniya kansleri Anjela Merkellə görüşmək üün Berlinə gəlib. Bu günkü görüşdə E.ON Ruhqrasın Rusiyanın "Qazprom" şirkətinə 4,5 milyard dollarlıq pay qoyuluşu müzakirəsi gözlənir.

Putin həm də İqtisadi Foruma müraciət edəcək.

Səfəri ərəfəsində baş nazir təklif edib ki, Lissabondan Vladivostoka qədər azad ticarət zonasını özündə ehtiva edən harmonal iqtisadi cəmiyyət yaratmaq lazımdır.
Putin yerli mətbuata bu təklifə əsas mane kimi Rusiya və Avropa Birliyi arasındakı viza məcburiyyətini göstərib.

Almaniyanın kansleri Angela Merkel Rusiyanın baş naziri Vladimir Putinin Avropa Birliyi ilə Rusiya arasında azad ticarət zonası yaratmaq təklifini dəstəkləyib. Amma o, qeyd edib ki, Rusiya ilk növbədə ticarətin liberallaşmasına sadiq olduğunu göstərməli və Ümumdünya Ticarət Təşkilatına qoşulmalıdır.
XS
SM
MD
LG