Keçid linkləri

2026, 13 Sentyabr, bazar, Bakı vaxtı 00:13

İpotekada ilkin ödənişin faizi qaldırıldı


Artıq ipoteka almaq istəyənlər tələb olunan ilkin ödəniş kimi alınan əmlakın qiymətinin 15%-ni yox, 20%-ni ödəməli olacaq. Bununla bağlı İpoteka Fondunda ipoteka verilməsi qaydalarında dəyişiklik olub. Digər dəyişikliyə görə, bir ailənin birdən artıq ipoteka krediti götürməsi qadağan olunub.

Eyni zamanda ipoteka alarkən ailədə ər və arvad birgə borcalan qismində iştirak edə bilməz. Bir qədər əvvəl də qaydalara edilən dəyişikliyə görə, yaxın qohumlar arasında mənzil alqı-satqısı və ümumi mülkiyyətdəki payı girov qoymaq qadağan olunmuşdu.
This item is part of
XS
SM
MD
LG