Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 02:46

Gürcüstan Elmar Hüseynovun qatillərini gizlətmir


Giorgi Baramidze
Giorgi Baramidze
Gürcüstanın Baş nazir müavini Giorgi Baramidze AzadlıqRadiosunun suallarına cavab verir.

- Bir müddət əvvəl mətbuatda Gürcüstan-Azərbaycan konfederasiyası ideyası haqda xəbər yayıldı. Bu ideyanın haradan qaynaqlanması və nə dərəcədə real olmasına aydınlıq gətirərdiz, zəhmət olmasa.

- Bunu prezident Saakaşvili demişdi: «Bizim münasibətlərimiz o qədər yaxşıdır ki, hətta konfederasiya da yaratmaq olardı». O, bizim ölkələrin arasındakı əlaqələrin yaxınlığını nəzərdə tuturdu və obrazlı ifadə işlədirdi.

Bu, birbaşa təklif deyildi. Biz başa düşürük ki, indi Şərqi Avropanın özünəməxsus regionu olan Qafqazda belə bir ideyanı həyata keçirməyə hazır deyilik. Bildiyiniz kimi, biz Qarabağ probleminin həlli istiqamətindəki addımları tam dəstəkləyirik. Çünki, ancaq bundan sonra konfederasiya kimi fikirlərdən danışmaq olardı.

- İlham Əliyevin xarici siyasətini tərifləyənlər bəzən belə bir arqumentə müraciət edirlər ki, baxın, Saakaşvili Qərbyönümlü siyasət yürütsə də, ağır günlərdə Qərb onun arxasında durmadı. Bu fikirlə razılaşırsız?

- Yox, bu, həqiqətə uyğun deyil. Məsələn, elə dünən Avropa Parlamentində bizim prezidentə çoxlu təriflər deyildi. Onun nitqini az qala hamı ayaq üstə, gurultulu alqışlarla qarşıladı. Məncə, elə fikirləşənlər yanılırlar.

- 5 il əvvəl Bakıda Azərbaycan jurnalisti Elmar Hüseynov qətlə yetirildi. Azərbaycan rəsmiləri qatillərin Gürcüstan vətəndaşı olduğunu və bu haqda Gürcüstana rəsmi müraciət edildiyini bildirirlər.

- Şəxsən mən ilk dəfədir bu haqda eşidirəm. Həqiqi sözümdür, belə bir məsələnin olduğunu heç vaxt eşitməmişəm. Amma bir şeyi tam əminliklə deyə bilərəm ki, Gürcüstan hökuməti heç vaxt hər hansı cinayətkarı – fərq etmir jurnalistin və ya adi vətəndaşın qatili olsun - gizlədə bilməz. Bu, mümkün deyil. Bizim ölkələr arasındakı münasibətlərin səmimiliyini nəzərə alsaq isə, ümumiyyətlə, belə bir ehtimalı təsəvvür etmək çətindir.
XS
SM
MD
LG