Türkiyənin Sivas şəhəri yaxınlığında avtobus qəzasında həlak olan azərbaycanlı zəvvarların meyitləri, o cümlədən 20-dək yaralı “AzAL” tərəfindən Bakıdan Sivasa göndərilmiş xüsusi təyyarə ilə Azərbaycana gətirilib.
Bununla bağlı “AzAL”-a müraciət olunduqdan sonra qurum rəhbərliyi Sivasa xüsusi təyyarə yola salınması barədə göstəriş verib.
Noyabrın 23-də azərbaycanlı zəvvarları Azərbaycana gətirən avtobus Türkiyənin Sivas bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb.
Vəziyyəti nisbətən ağır olan yaralıların isə Sivas və Kayseridəki xəstəxanalarda müalicələri davam etdirilir.