Keçid linkləri

2017, 22 Fevral, çərşənbə, Bakı vaxtı 03:40

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradıldı




Prezident İlham Əliyev Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin yaradılmasına fərman verib.

İdarə Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirəcək.

Nazirlər Kabinetinə bir ay müddətində idarənin əsasnaməsini hazırlamaq, strukturu və işçilərinin say tərkibi barədə təkliflərini prezidentə təqdim etmək, Dövlət Bayrağı Meydanı Kompleksi ərazisinin hüdudlarını dəqiqləşdirib təsdiqləmək tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG