Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:21

Şimali Koreya Cənubi Koreyanı hədələyir



Cənubi Koreyanın prezidenti söz verir ki, bu həftə Şimali Koreyanın artilleriya hücumuna məruz qalmış ərazilər ətrafında təhlükəsizlik tədbirlərini gücləndirəcək.
Prezident bunu dövlət məmurları ilə görüşündən sonra bildirib.

Bu arada Şimali Koreya xəbərdarlıq edir ki, əgər rəsmi Seul "ehtiyatsız hərbi təxribatlara" başlasa cavab zərbəsi olacaq.

Çinin baş naziri Ven Jiabao tərəfləri "maksimum təmkinli " olmağa çağırıb. Çin tərəfi əlavə edib ki, hən hansı formada hərbi təxribatlara qarşıdır.

Cənubi Koreya ilə Birləşmiş Ştatlar həftə sonu dənizdə birgə hərbi təlimə başlayacaqlar.
ABŞ komandanlığı təlimin Yen Pyen adasında baş vermiş silahlı insidentdən əvvəl planlaşdırıldığını deyir.

Yen Pyen adasındakı silahlı insident son on illikdə şimalla cənub arasında baş verən ən böyük toqquşma hesab olunur. Cənubi Koreya tərəfinin məlumatına görə, çərşənbə axşamı Şimali Koreyanın adaya hücumu nəticəsində 2 əsgər və 2 dinc sakin ölüb.
XS
SM
MD
LG