Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:19

Ehtiyac meyarı və yaşayış minimumu artırıldı


2011-ci ili yanvarın 1-dən Azərbaycanda ehtiyac meyarının həddi 75 manat müəyyənləşdirilib. Milli Məclisin bu barədə verdiyi qanunu Prezident İlham Əliyev oktyabrın 22-də təsdiqləyib. Qanun bu gün rəsmi qəzetlərdə dərc olunub.

2011-ci il üçün yaşayış minimumu isə ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.

Bu Qanun da 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət başçısı hər iki qanunun tətbiqi ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının yeni qanunlara uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG