Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:55

Yaltada Qara Dəniz İqtisadi əməkdaşlıq formu keçiriləcək


Noyabrın 26-27-də Yaltada keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Forumunda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev də iştirak edəcək.

Bu barədə ANS PRESS nazirliyə istinadla xəbər verir.

Forum Ukrayna prezidenti Viktor Yanukoviç və Krım Muxtar Respublikası Nazirlər Şurasının dəstəyi ilə keçiriləcək.

Tədbirin məqsədi ümumilikdə regionda, xüsusilə də Krımda cəlbedici investisiya mühiti yaratmaqdır.

Forumda Ukrayna, Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Bolqarıstan, Rumıniya, Yunanıstan və Moldovanın nümayəndələri iştirak edəcək.

Forumda iqtisadi, siyasi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Natiq Əliyevin forumda çıxışı, Ukraynanın baş nazir müavini Andrey Klyuev, habelə yanacaq və energetika naziri Yuri Boyko ilə görüşü nəzərdə tutulub.
XS
SM
MD
LG