Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:24

Azərbaycanda nəhəng qaz yatağı aşkar edilib


Xəzərin Azərbaycan sektorunda yeni böyük qaz yatağı kəşf edilib.

Bu barədə APA agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə istinadla xəbər verir.

Rövnəq Abdullayev «Ümid» yatağında 200 milyard kubmetr qaz ehtiyatı aşkar edildiyini və bunun «Şahdəniz»dən sonra ölkənin müstəqilliyi tarixində kəşf olunan ikinci böyük yataq olduğunu deyib.

O, bildirib ki, bazardakı mövcud qiymətləri nəzərə alanda «Ümid» yatağında tapılan ehtiyatların ümumi dəyəri 30-40 milyard dollardır.
XS
SM
MD
LG