Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 22:40

İran Bakı sammitinin uğurlu olduğunu deyir

“Xəzəryanı ölkələrin dövlət başçılarının Bakı sammitində çox böyük uğur və nailiyyətlər əldə olunub”.

APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, xəzəryanı ölkələr göstərdilər ki, hər bir məsələni özləri həll etmək iqtidarındadırlar və digər ölkələrin burada hər hansı formada iştirakına heç bir ehtiyac yoxdur.

Səfir Aşqabad və Tehran sammitlərində qəbul olunan qərarlardan sonra Bakıda imzalanan təhlükəsizlik memorandumunu böyük uğur adlandırıb.
This item is part of
XS
SM
MD
LG