Nobel mükafatlı Peru yazıçısı Mario Vargas Llosanın ev muzeyi yaradılacaq.
Peru hökuməti Lyosanın Arekipa şəhərində doğulduğu və uşaqlıq illərinin keçirdiyi evdə muzey yaratmaqla yazıçıya olan ehtiramını bildirməklə yanaşı bu yolla şəhərə turist cəlb etməyi də planlayır.
Bir neçə ildir yazıçının bir mərtəbəli evində yaşayan olmasa da, evin durumu yaxşıdır.
“Buna görə evin əvvəlki sahiblərinə minnətdarlıq düşür” deyə Mədəniyyət naziri Juan Ossio bildirib.
Perunun ikinci şəhəri Arekipanın Parra prospektində yerləşən evin Vargas Llosanın həyat və yaradıcılığını əks etdirən muzey qismində gələn ilin sonunda açılacağı gözlənilir.
Lyosa 1936-cı ildə Arekipada doğulub. Dünyaya gələndən qısa zaman sonra onun valideynləri boşanıb.
Lyosa bir müddət anası və anasının boşandıqdan sonra qurduğu ailə ilə bu evdə yaşayıb.
Daha sonra onlar Boliviyaya köçüblər. Llosa yenidən Peruya 10 yaşında qayıdıb və Peruda məskunlaşıb.
Sonuncu dəfə evin sahibi bir neçə ay əvvəl dəyişib, evi əldə edən özəl şirkət onun tanınmış yazıçının uşaqlıq evi olduğundan xəbərsiz olub.
Bu yaxınlarda Rusiyada səfərdə olan Mədəniyyət naziri Juan Ossio bildirib ki, o, Lev Talstoy və Fyodor Dostoyevskinin evlərinin turistlər üçün açıq olmasından həvəslənib.
74 yaşlı Vargas Llosa 2010-cu ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
O, çoxsaylı romanların, pyes, memuarların müəllifidir.