Serbiya prezidenti Boris Tadiç Xorvatiyada iki günlük səfərdədir.
Onun xorvatiyalı həmkarı İvo Yosipoviçlə aparacağı danışıqlarda əsasən qaçqınların yurdlarına dönməsi, 1990-cı illər serb-xorvat müharibəsi zamanı itkin düşənlərin axtarışı, sərhəd və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Boris Tadiç 3 həftə bundan əvvəl Xorvatiyaya səfəri zamanı 90-cə illərdə serblərin törətdiyi hərbi cinayətlərə görə Xorvatiyadan üzr istəyib.
Bu ölkələrin barışması Avropa Birliyinə daxil olmaqda əsas şərtlərdən biridir.