“MİLLƏTİN MƏSƏLƏSİ HƏR ŞEYİN FÖVQÜNDƏDİR”
“Millətin məsələsi hər şeyin fövqündədir”.
AzadlıqRadiosunun “İşdən sonra” proqramında AXCP sədri Əli Kərimli ilə debatda iştirak edən və müxalifətin parlament seçkiləri ilə bağlı birgə bəyanatına imza atmış KXCP sədri Mirmahmud Mirəlioğlu belə deyib.
Onun sözlərinə görə, ümummilli məsələlərdə şəxsi problemlər kənara qoyulmalıdır:
“Bizim şəxsi məsələlərimiz ola bilər. Amma ümummilli məsələlərdə hesab edirik ki, hər şey məsələlərin fövqündə olmalıdır. Millətin məsələsi hər şeyin fövqündədir”.
“XALQI AKTİV MÜBARİZƏYƏ SƏFƏRBƏR ETMƏYİN YOLLARINI AXTARIRIQ”
AXCP sədri Əli Kərimli isə birgə bəyanatı şərh edərək deyib ki, müxalifətin ayrı-ayrılıqda verdiyi bəyanatlar ola bilsin ki, hökumətin mövqeyini dəyişməyə kifayət etməsin. Amma onların istəyi odur ki, bütün bu proses vahid bir hərəkata çevrilsin:
“Biz Azərbaycan xalqını yenidən səfərbər etməyin, yenidən inamını qaytarmağın, aktiv mübarizəyə səfərbər etməyin yollarını axtarırıq. Bizim ayrılıqda verdiyimiz bəyanatlar ola bilsin ki, hökumətin mövqeyini dəyişməyə kifayət etməsin. Amma çalışmalarımız ondan ötrüdür ki, bütün bu proses vahid bir hərəkata çevrilsin, yüzminlərin qarşısında Azərbaycan hakimiyyəti duruş gətirə bilməsin və xalqın mövqeyi ilə hesablaşsın”.
“MİLLƏT NƏYİ İSTƏSƏ, O DA OLACAQ”
Müxalifətin gələcək planları barədə danışan partiya sədrləri 2013-cü ildə keçiriləcək prezident seçkisində müxalifətin vahid namizədi kimi bir-birlərini dəstəkləmək ehtimalı barədə sualı da cavablandırıblar. Mirmahmud Mirəlioğlu deyib ki, hələlik bu barədə qəti qərar yoxdur:
“2013-cü ilin öz planları, öz proqramları olacaq. O vaxta qədər indi başladığımız işi yürütməliyik və mən hesab edirəm ki, zaman, milli hərəkat nəyi diktə etsə, millət nəyi istəsə, o da olacaq. Nə özüm haqda, nə də Əli bəy haqda qəti qərar yoxdur”.
Əli Kərimli isə prezident seçkisindən danışmağın hələ çox tez olduğunu bildirib:
“SİTUASİYANI DƏYİŞMƏLİYİK”
“Çox tezdir hələ. Ümumiyyətlə, belə fikirdəyəm ki, biz yalnız seçkiyə, seçki cədvəlinə uyğun işimizi qurmalı deyilik. Yəni normalda 2013-cü ildə prezident, 2015-ci ildə parlament seçkiləri olmalıdır qrafikinə uyğun hərəkət etməli deyilik. Biz hər gün, hər ay çalışmalıyıq.
Çünki bizim prezident seçkiləri də qeyri-legitim olub, parlament seçkiləri də. Biz növbədənkənar seçkilər barədə düşünməliyik və xalqı buna çağırmalıyıq ki, nə zaman ölkədə demokratik seçki şəraiti olsa, onda demokratik seçki olacaq.
Əgər indiki vəziyyət qalacaqsa, biz situasiyanı dəyişməsək, guya növbəti seçkilər niyə demokratik olmalıdır ki? Biz situasiyanı dəyişməliyik. Biz seçki islahatına nail olmalıyıq. Faktiki vəziyyəti dəyişməliyik ki, sonra demokratik seçki olsun”.