Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

İlham Əliyev Rumıniyada «İlin adamı» elan edilib


Buxarestdə Cənub-Şərqi Avropanın, eləcə də Rumıniyanın nüfuzlu “Balcanii şi Europa” (“Balkanlar və Avropa”) jurnalı tərəfindən 2010-cu ildə ictimai-siyasi həyatın müxtəlif sahələrində mühüm xidmətləri olan insanlara mükafatların təqdimat mərasimi keçirilib.

Azərbaycanın Rumıniyadakı səfirliyindən AzərTAc-a bildiriblər ki, 2000-ci ildən etibarən mütəmadi olaraq hər il keçirilən bu təqdimat mərasimlərində siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət üzrə nominasiyalarda əlahiddə xidmətləri olan şəxslər mükafatlandırılır.

İndiyədək jurnalın müxtəlif nominasiyaları üzrə Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, ictimai-siyasi xadimləri mükafata layiq görülüblər.

Münsiflər heyəti bu ilin yekunlarına görə əsas nominasiya olan “İlin adamı-2010” mükafatının Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edib.

Agentlik yazır ki, münsiflər heyətinə siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlər və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, müstəqil ekspertlər daxildir.

Münsiflər heyəti bu addımını Azərbaycan Prezidentinin siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əldə etdiyi uğurlara, Rumıniya-Azərbaycan əlaqələrinin, hər iki xalqın və geniş Xəzər və Qara dəniz bölgələrinin tərəqqisinə göstərdiyi xüsusi diqqətlə əsaslandırıb.

Regionun və eyni zamanda, gələcəkdə Qərbi Avropanın enerji problemlərinin səmərəli həllinə gətirib çıxaracaq AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İnterkonnektoru) layihəsinin buna bariz nümunə olduğunu xüsusi qeyd edilib.

Azərtac xəbər verir ki, bu qərar Avropa mətbuatında geniş işıqlandırılıb.

Təqdimat mərasimində Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov çıxış edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG