Keçid linkləri

2026, 11 İyun, cümə axşamı, Bakı vaxtı 01:18

Əfqanıstanda seçkinin nəticələri elan olundu

Əfqanıstanda parlament seçkilərinin nəticələri elan olunub.

Sentyabrın 18-də keçirilən seçkinin nəticələri kütləvi saxtalaşdırmaya dair şikayətlərə baxıldığından gecikirdi.

Müstəqil Seçki Komissiyasının sədri bildirib ki, nəticələri yekun hesab etmək olmaz, çünki 34 əyalətdən birində səslərin hesablanması hələ ki, başa çatmayıb.

Parlamentin 249 yerlik aşağı palatasına 2500-dən çox iddialı namizəd vardı.

Seçki bülletenlərinin dörddə biri - 1 milyon 300 min səs etibarsız hesab olunub. Əvvəllər qalib gəldiyi bildirilən 24 namizəd deputatlıq mandatından məhrum edilib.
This item is part of
XS
SM
MD
LG