Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

İlham Əliyev: «Təhsilin keyfiyyəti artırılsın»


«Təhsilin keyfiyyəti artırılsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır».

Prezident İlham Əliyev dünən Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimindəki çıxışında deyib.

Prezident qeyd edib ki, elə etməliyik ki, təhsil sahəsində bütün problemlər həllini tapsın.

«Dövlətin təhsil məsələlərinə olan diqqətini təhsilə ayrılan xərclər ilə də ölçə bilərik» deyən İlham Əliyev vurğulayıb ki, «bu xərclər ildən-ilə artır və Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı».

Dövlət başçısı onu da deyib ki, çox istərdi ki, bütün ali məktəblərdə gənclər yüksək peşəkarlıqla yanaşı, məhz milli dəyərləri unutmasınlar.
XS
SM
MD
LG