Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:21

Bakı məktəblərində reydlər keçirilir


Bakı Şəhəri üzrə Təhsil İdarəsi noyabrın 23-dən paytaxtın orta məktəblərində reydlərə başlayıb.

İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, monitorinq zamanı ilk növbədə şagirdlərin dərsə davamiyyəti və məktəbli geyiminə riayəti olunması ilə bağlı vəziyyət araşdırılacaq. Noyabrın sonuna qədər davam edəcək monitorinq zamanı həm də məktəblərdə sənədləşmə işlərinin aparılması, müəllimlərin davamiyyəti, kimi məsələlər öyrəniləcək.

Z. Əliqızı deyib ki, monitorinqin nəticələri dekabrın ortalarında BŞTİ-nin Təhsil Şurasının iclasında müzakirə ediləcək. İdarə rəsmisinin sözlərinə görə, fəaliyyətində nöqsanlar aşkarlanan məktəblərin rəhbərləri barəsində ölçü götürüləcək. /APA/
XS
SM
MD
LG