Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:02

Pxenyanla danışıqları bərpa etmək mümkün deyil


ABŞ-ın Şimali Koreya üzrə nümayəndəsi hesab edir ki, hazırda Pxenyanla nüvə proqramına dair danışıqları bərpa etmək mümkün deyil.

Stiven Bosuort bunu Şimali Koreyanın uranı zənginləşdirmək üçün yeni zavod üzərində işləməsi ilə əlaqələndirib. Bu yaxınlarda Şimali Koreyada olan amerikalı alim bu ölkədə uranın zənginləşdirilməsi üçün iki min sentrifuqanın işlədiyi barədə məlumat verib.

Şimali Koreya 2009-cu ilin aprelindən nüvə proqramı ilə bağlı ABŞ, Rusiya, Çin, Yaponiya və Cənubi Koreyanın iştirak etdiyi danışıqlardan çıxıb.
XS
SM
MD
LG