Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Yaponiyalı nazir uğursuz zarafatının qurbanı oldu



Yaponiyanın ədliyyə naziri onun işiylə bağlı uğursuz zarafata görə istefaya gedib. Minori Yanoqida deyib ki, parlamentdə o, ədliyyə naziri kimi qanunvericilərin sualları ilə üzləşəndə iki şərhi yadda saxlamağa ehtiyac duyub : Mən xüsusi hadisələrə qiymət vermirəm", "Biz qanun və sübutlara müvafiq davranırıq".

Nazirin bu qeydləri qanunverici orqan üzvlərinin tənqidinə səbəb olub. Buna görə də Minori Yanoqida istefaya getdiyini bəyan edib.
Yaponiyada uğursuz zarafata görə vəzifəsini itirən siyasətçi təkcə Yanoqida deyil. Bir neçə gün əvvəl turizm naziri "yaponlar xariciləri sevmir" zarafatına görə karyerasına son verməli olub.
XS
SM
MD
LG