Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:56

İsa Qəmbər Mirmahmud Mirəlioğlu ilə danışıqlara başlayıb


Müsavat Partiyası ilə KXCP arasında danışıqlara start verilib. Müsavat Partiyasının başqanı İsa Qəmbərlə KXCP sədri Mirmahmud Mirəlioğlu arasında görüş keçirilib.

Müsavat qərargahında baş tutan görüşdə hansı məsələlərin müzakirə edildiyini öyrənmək üçün Mirmahmud Mirəlioğlu ilə əlaqə saxladıq.

O, Müsavat başqanı ilə görüş xəbərini təsdiqlədi və bildirdi ki, görüş parlament seçkilərinin nəticələrinin müzakirəsi və növbəti addımların müəyyənləşməsi üçün keçirilib.

M.Mirəlioğlu görüşdə 22 və 23 noyabrda deputatlığa keçmiş namizədlərin toplantıları məsələsinin də müzakirə edildiyini açıqladı.

Yeni Müsavat
XS
SM
MD
LG