Keçid linkləri

2025, 29 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:01

Bakının mərkəzindən bulvara birbaşa keçid tikilir


Bakının mərkəzindən dənizkənarı bulvara birbaşa yeraltı keçid tikilir.

APA-nın məlumatına görə, başlanğıcını Üzeyir Hacıbəyov küçəsindən götürən keçid Zərifə Əliyeva küçəsi və Neftçilər prospektini kəsməklə Milli Parkadək uzanacaq.

Uzunluğu 300 metrə çatan keçidin keçdiyi bütün küçələrə çıxışı olacaq. İlkin layihəyə əsasən, keçidin 12 çıxışının olması nəzərdə tutulur.Yeni keçidin artıq gələn il istifadəyə veriləcəyi gözlənilir.
XS
SM
MD
LG