Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:11

Avropa Birliyi bloqqerlərin azad edilməsini alqışlayır


Avropa Birliyi (AB) bloqqerlər Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılmasını alqışlayır.

AB-nin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eştonun sözçüsü bildirib ki, AB və onun beynəlxalq müttəfiqləri bu məsələni diqqətdə saxlayıblar:

«AB-nin onları azad etmək üçün əvvəllər etdiyi çağırışlarda bu məsələnin ifadə azadlığı, o cümlədən Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün vacibliyi vurğulanıb».

AB bir daha qeyd edir ki, Azərbaycana beynəlxalq öhdəliklərini, xüsusilə demokratiya, insan haqlarına hörmət, söz azadlığı və qanunun aliliyi ilə bağlı öhdəliklərini yerinə yetirməkdə kömək etməyə hazırdır.
XS
SM
MD
LG