Keçid linkləri

2017, 22 Fevral, çərşənbə, Bakı vaxtı 10:34

Kömür mədənində partlayışda 30 nəfər itkin düşüb


Yeni Zelandiyada kömür mədənində baş vermiş partlayışda azı 30 nəfər itkin düşüb. Rəsmilər partlayış zamanı mədəndə olan adamlardan hələlik yalnız iki kişinin sağ qalması barədə məlumat olduğunu bildirirlər.

Hadisənin səbəbi hələlik məlum deyil.

Yeni Zelandiyada sonuncu dəfə kömür mədənində qəza 1967-ci ildə baş vermişdi. O zaman 19 nəfər həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG