Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:49

İşləmişəm, pulumu verin...


Daşkəsəndə yaşayan Arzu Paşayev AzadlıqRadiosunun “Qaynar xəttinə” şikayət edib ki, bir neçə ay əvvəl “Azəriqaz” İB-nin təmir-tikinti idarəsinin Şəmkir filialının Daşkəsən sahəsi üzrə rəis kimi işə götürüblər. Hətta işə girmək üçün müvafiq sənədlərini də təqdim edib. Deyir ki, Azəriqaz İB-nin Şəmkir filialının rəisi Namiq Şirinov onu və onun işləmək üçün yığdığı 6 nəfərdən ibarət briqadanı aldadıb, aylarla pulsuz işlədəndən sonra deyib ki, daha sizə burda ehtiyac yoxdur:

“DÖVLƏTİN MALINI MƏNƏ ETİBAR ETMİŞDİLƏR”


“Bu ilin aprel ayından Azəriqaz” İB-nin Şəmkir üzrə rəisi məni işə götürmək üçün sənədlərimi qəbul elədi. Məni arxayın elədi ki, sən Daşkəsən rayonu üzrə sahə rəisisən, xahiş edirəm, işçilər tap, briqada yarat, işə başla. Aprel ayından mənə görə 5595 metr 15-lik, 548 metr 25-lik, 1774 metr 40-lıq, 126 metr 76-lıq boru verildi. Yəni dövlətin malı mənə etibar edilib, may ayından işə başlamışıq. 6 nəfər işçi yığdım, onlar rəsmən işə götürüldülər, İş gedə-gedə məndən 1 qaynaqçı, bir neçə çilingər tələb olundu, onları da tapdım. Noyabrın 1-də mənə məlum oldu ki, ikinci dəfə yığdığım 6 nəfəri və məni işə qəbul etməyiblərmiş.

- Sizə işlədiyiniz müddət ərzində məvacib necə ödənilirdi?


“7 AYDIR 1 QƏPİYİN YİYƏSİ DEYİLƏM”


- Mənə məvacib verilmirdi, əksinə, əksinə, mən öz cibimdən xərc çəkmişəm, nəqliyyat xərcidir, mənə gələn materialların qarşılanması, digər xərclərdir, hamısını öz cibimdən çəkmişdim. Yəni mənə vəd olunub ki, müvəqqəti çətinliklərdir, bu pullar sizə qaytarılacaq, ona görə etmişəm.
- Sizə ümumiyyətlə maaş verilməyib?
- Xeyr, 7 aydır mən bir q qəpiyin yiyəsi deyiləm.
Azəriqaz İB-nin Şəmkir filialının rəisi Namiq Şirinovsa deyir ki, Arzu Paşayevə konkret vəd olunmayıb ki, onu mütləq işə götürəcəklər. Deyir, əvvəla mən kiməm ki, kimisə işə götürəm. İkincisi də mənim öz iş yerim də bağlanıb, bu dəqiqə özüm də havadayam: “Müraciət elədik yerli qaz istismar idarəsinə ki, bizə işçi kimi kimləri verə bilərsiniz. Onlardan bizə heç bir işçi keçəsi olmadı.

“MƏN KİMƏM Kİ İŞƏ ADAM GÖTÜRƏM”


Ona görə də biz özümüz 6 nəfəri işə götürdük. İdarədən dedilər ki, əlavə yerlər də olacaq, işçi götürə biləcəksiniz. Sonra da işi dayandırdılar, dedilər işçi qəbul eləməyin. İndi də iki aydan artıqdır biz işləyə bilmirik, çünki idarənin bağlanmaq məsələsi var, bizim idarə yerli qaz istismar idarəsinə birləşir. Arzu Paşayevi Qaz İstismar İdarəsindən məsləhət gördülər ki, yaxşı insandır, burda nə isə eləyə bilər. Ancaq o, bizdə işə qəbul olunmadı. Mən kiməm ki,
Vəkil Anar Qasımov
özbaşına işə adam götürəm. Təzəcə işə girmişdim, indi mən özüm də işsiz qalmışam”.
Vəkil Anar Qasımov deyir ki, işə daxil olarkən əmək müqaviləsi bağlanması mütləqdir. Belə problemlər əksər hallarda tərəflər arasında əmək müqaviləsinin bağlanmamağından irəli gəlir:

YENƏ DƏ ƏMƏK MÜQAVİLƏSİ PROBLEMİ


“Əgər şikayətçinin həmin müəssisə ilə əmək müqaviləsi yoxdursa, o, ümumiyyətlə işçi sayılmır. Əmək Məcəlləsi ilə işçiyə aid olan hüquqlar ona şamil edilmir. Vətəndaşlar diqqətli olmalıdırlar ki, bu və ya digər yerdə işləyəndə əmək müqavilələri bağlasınlar. Əmək müqaviləsi bağlamaqla onlar müqavilədə göstərilən şərtlərlə müəyyən olunmuş haqq almalıdırlar. Əgər belə bir müqavilə yoxdursa, burada əmək hüquq münasibətindən hər hansı söhbət gedə bilməz. Vətəndaş vaxtında öz hüquqlarına biganə qalıb və belə olan halda o, məhkəmə müraciət etsə də, məhkəmə onun hüquqlarını bərpa edə bilməyəcək”.

Buna da bax:

XS
SM
MD
LG