Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:51

Emin Milli də azadlığa buraxıldı


Adnan Hacızadənin ardınca noyabrın 19-da digər bloqqer Emin Milli azadlığa buraxılıb. Bu gün Salyan rayon məhkəməsi onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar qəbul edib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Adnan Hacızadə isə noyabrın 18-də azad edilib.

Hər iki bloqqer ötən il iyul ayında Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar.

Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.
XS
SM
MD
LG