Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:28

Xəzər sammitində birgə bəyannamə imzalanıb


Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən III zirvə toplantısı başa çatıb.

Sammitin yekununda Xəzərin təhlükəsizliyi sahəsində əməkdaşlıq barədə birgə bəyannamə imzalayıb.

Sənəddə dənizin təhlükəsizliyinin təmin edilməsinin beş sahilyanı dövlətin müstəsna hüququ olduğu bildirilir.

Bundan başqa görüşdə ölkələrin mövqelərini əks etdirən birgə bəyanat qəbul olunub.

Qeyd edək ki, sammitdə xəzəryanı ölkələr Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri iştirak ediblər.
XS
SM
MD
LG