Keçid linkləri

2026, 20 Sentyabr, bazar, Bakı vaxtı 23:36

Quantanamoda yatmış məhbus əksər ittihamlarda bəraət qazanıb

ABŞ-ın mülki məhkəmə heyəti Quantanamo həbsxanasında saxlanılmış məhbus Əhməd Xalfan Qaylaniyə qarşı irəli sürülmüş ittihamların böyük əksəriyyətində ona bəraət qazandırıb.

Tanzaniya vətəndaşı olan Qaylaninin xüsusilə terorçuluq və qətllərdə günahsız olduğu bildirilib.

Məhkəmə onu yalnız ABŞ səfirliklərinə edilmiş hücumda, bu sövdələşmədə iştirakda günahkar bilib.

1998-ci ildə Keniya və Tanzaniyadakı ABŞ səfirliklərinə edilmiş hücumlarda 224 adam ölüb.

Qaylaninin vəkili məhkəmədə onun Əl Qaidə tərəfindən aldadılmış günahsız cavan olduğunu bildiriblər.

Yekun qərarın yanvarın 25-də veriləcəyi gözlənilir.
This item is part of
XS
SM
MD
LG