Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:40

İrlandiya yəqin ki,10 milyard avro borc götürməli olacaq


Maliyyə böhranı ilə mübarizə aparmaq üçün İrlandiya çox güman ki, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan 10 milyard avro borc götürməli olacaq.

Bunu İrlandiya Mərkəzi Bankının rəhbəri Patrik Honhen bildirib.

Onun sözlərinə görə, söhbət adətən məhdudiyyətlərlə müşahidə olunan və İrlandiya üçün qəbuledilməz olan maliyyə yardımlarından yox, kreditdən gedir.

Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondunun ekspertləri bu gün İrlandiyada yaranmış maliyyə böhranını araşdırmalıdılar.

İrlandiyadakı maliyyə böhranı avro zonasında sabitliyi təhlükə altında qoyub.
XS
SM
MD
LG