Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 13:35

Əhmədinejad Qarabağdan danışdı


“İranla Azərbaycan arasında əlaqələr 2 qonşu və dost ölkə arasında olan münasibətlərdən daha yüksəkdir - biz qardaş ölkələrik. Dostluq azalıb çoxala bilər, qardaşlar isə hər zaman qardaş olaraq qalır”.

AZƏRBAYCANIN İZZƏTİ BİZİM İZZƏTİMİZDİR


Bu fikirləri İran prezidenti Mahmud Əhmədinejad noyabrın 18-də Bakıda keçirdiyi mətbuat konfransında deyib. O, çıxışına dünyada mövcud olan sistemin tənqidi ilə başlayıb. Prezident bəyan edib ki, bəşəriyyətə zidd olan bu sistem 100 illər ərzində müxtəlif müharibə və münaqişələrə səbəb olub, düşmənçilik yaradıb. Bu sistemin siyasi dalana dirəndiyini bəyan edən Əhmədinejad deyib ki, bu sistem bəşəriyyətin heç bir problemini həll etməyə qadir deyil.

Sistemin sonunun çatdığını söyləyən İran prezidenti ədalət və məhəbbətə hakim olan bəşəri sistemə ehtiyac olduğunu bəyan edib:

“Bütün xalqları birləşdirmək, zülmün, işğalçılığın kökünü kəsmək üçün hərəkət etməliyik, zalımların sonu çatıb, onlar tarixdən silinib kitabxanalara göndərilməlidir”.

İran-Azərbaycan əlaqələrindən danışan prezident münasibətlərin çox yüksək səviyyədə olduğunu deyib, İranla Azərbaycanı regionda sülhün təminatçısı adlandırıb:

“Azərbaycanın izzəti, təhlükəsizliyi bizim izzətimiz, bizim təhlükəsizliyimizdir”.

O, İranla Azərbaycan arasında əlaqələrin möhkəm və qırılmaz olduğunu bəyan edib: “Bu əlaqələri heç kim qıra bilməz”.

QARABAĞ PROBLEMİNƏ KƏNAR QÜVVƏLƏR ƏNGƏLDİR


“Dağlıq Qarabağ münaqişəsinin həllinə regiondan kənar qüvvələr təsir göstərməsələr, münaqişə həll olunar”.

Əhmədinejad Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq normalara uyğun olaraq həllinə tərəfdar olduğunu vurğulayıb və bildirib ki, İran bu məsələdə səy göstərməyə hazırdır.

Mahmud Əhmədinejadın bu cavabı jurnalistləri qane etməyib və bu səbəbdən İranın Dağlıq Qarabağ münaqişəsinə münasibətinə dair təkrar suallar səslənib. Lakin İran prezidenti “mən bu sualı cavablandırmışam” deyərək əlavə fikir söyləməyib.

XƏZƏRDƏN ƏDALƏTLİ İSTİFADƏ OLUNMALIDIR


“Xəzərin bütün imkanlarından ədalətli istifadə olunmalıdır” deyən prezident dənizin hüquqi statusu ilə bağlı keçirilmiş 2 sammitdə müəyyən razılıqların əldə olunduğunu xatırladıb. O, bu gün keçiriləcək sammitdə də irəliləyişə nail olunacağına ümid etdiyini vurğulayıb.

İranın “Nabucco”-ya qoşulmaq niyyətinin olub olmaması ilə bağlı sualı cavablandıran prezident deyib ki, Avropa İran qazını istəsə, Tehran danışıqlara gedər: “Amma biz Avropaya qaz satmaqda israrlı deyilik”.

İRANI EMBARQO QORXUTMUR

“Bəzi dövlətlər elə düşünürlər ki, 5 ay müddətində İranı embarqoda saxlamaqla İranı dəyişəcəklər. Mən bəyan edirəm ki, İran xalqı doğru yoldadır və heç bir təsirin altına düşməyəcək”.

Bu fikri isə prezident Mahmud Əhmədinejad uranın zənginləşdirilməsinə görə İrana yönələn beynəlxalq təzyiqlə bağlı açıqlamasında deyib.

İranın dövlət başçısı dünya birliyini bu məsələdə bərabərtərəfli dialoqa çağırıb. /APA/

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG