Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Avropanın maliyyə nazirləri Brüsseldə görüşür


Avropanın maliyyə nazirləri noyabrın 18-də Brüsseldə görüşüb, ancaq İrlandiyanın çətin iqtisadi durumdan çıxmasına yardım etmək üçün detallı müzakirə aparılmadığı bildirilir.

Belçikanın maliyyə naziri Didier Reynders deyib ki, İrlandiya hökuməti maliyyə yardımı istəmədiyindən məsələyə baxılmayıb.

Ancaq Avropa Birliyinin yardım etməyə hazır olduğunu da əlavə edib.

İrlandiya blokun yardımından imtina edir, özünün vəsaiti olduğunu bildirir. Avropa ölkələri isə böhranın Portuqaliya kimi borclu ölkələrə və avronun məzənnəsinə təsir edəcəyindən narahatdır.
XS
SM
MD
LG