Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:30

Adnan Hacızadənin apelyasiya şikayətinə baxılacaq


Noyabrın 18-də həbsdəki bloqqer Adnan Hacızadənin şikayətinə apelyasiya baxışı keçiriləcək.

O, həbs müddətinin yarısını çəkdikdən sonra azadlığa buraxılması ilə bağlı məhkəməyə şikayət verib.

Adnan Hacızadə digər bloqqer Emin Milli ilə birgə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.
XS
SM
MD
LG