Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:35

Faiq Ağayev və Adam Sterlinq uşaqlara nağıl oxudular


Adam Sterlinq və Faiq Ağayev
Adam Sterlinq və Faiq Ağayev
Bakıda - Kukla Teatrında Abşeron rayonunun internat və kimsəsiz uşaq evlərindən olan uşaqlara Amerika ədəbiyyatının klassik əsəri olan “Oz ölkəsinin sehrbazı” kitabı təqdim edilib.

ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təqdimatı keçirilən kitabda yer alan nağılların bir neçəsini uşaqlara Amerika səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq, həmçinin Azərbaycanın xalq artisti Faiq Ağayev oxuyublar.

Daha sonra həmin nağıllardan biri səhnələşdirilmiş formada uşaqlara təqdim olunub.

Tədbir “Uşaqların xilası” beynəlxalq qeyri-hökümət təşkilatının da tərəfdaşlığı ilə həyata keçirilib.

Kitabdan əlavə uşaqlara ərzaq da paylanılıb.

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidsonun sözlərinə görə, kitab səfirliyin çap etdirəcəyi 5 kitabdan birincisidir.

"Bu tədbirə ancaq uşaqlar dəvətlidir. Mərasim bayramın ilk günü həyata keçirilir.

Bu təsadüfi deyil. Çünki bu gündən həm də Ümumdünya Təhsil həftəsi başlayır.

Bu tədbirə “Uşaqların Xilası” təşkilatı ilə birgə fleks proqramının məzunlarını, yəni Amerikada təhsil almış gəncləri də cəlb etmişik.

Onlar bəzi internat və kimsəsiz uşaq evlərində təhsil proqramını genişləndirmək istiqamətində uşaqlarla işləməkdə davam edəcəklər”.

"Oz ölkəsinin sehrbazı kitabı" Alatoran yayınları seriyasından dərc olunub. Layihənin rəhbəri Rasim Qaracadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG