Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

Dindar məsciddə öldü


Noyabrın 17-də səhər saat 11.00 radələrində Bakıdakı Göy Məsciddə Ağasadıq adlı dindar vəfat edib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə polislər məscidin qarşısında dilənçiləri ərazidən uzaqlaşdıran zaman baş verib. Belə ki, 75 yaşlı dindar polislərin qarşısını kəsərək dilənçinin aparılmasına imkan verməyib. Agentliyin yazdığına görə, bu zaman məsciddəki dindarlarla polislər arasında insident yaranıb. Bir az sonra isə adı çəkilən dindar ürəyini tutaraq yerə yıxılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti ekspertizaya, dilənçi isə polis bölməsinə aparıblar.
Nəsimi rayon 21-ci polis bölməsindən AzadlıqRadisosuna ölüm faktını təsdiqləsələr də həmin şəxsin ölümünün polislərə hər hansı bir aidiyyatı olmadığını deyiblər. Növbətçi polis bildirib ki, həmin şəxs sadəcə məsciddə namaz qılarkən vəfat edib.
XS
SM
MD
LG