Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:49

Senator Kardin: «Azərbaycan öz imicinə ziyan vurur»


Bencamin Kardin
Bencamin Kardin
AzadliqRadiosuna açıqlamasında ABŞ Helsinki komitəsinin sədri senator Bencamin Kardin (Benjamin Cardin) ABŞ-Azərbaycan münasibətlərində insan haqları faktorunun əhəmiyyətindən danışıb.

PARLAMENT SEÇKİLƏRİ İLƏ BAĞLI


7 noyabr parlament seçkilərinin dinc şəraitdə keçdiyini, müxalifət partiyalarının boykot deyil, seçkilərdə iştirak faktını müsbət qiymətləndirən B. Kardin seçkilərin hələ də ATƏT standartlarına cavab vermədiyindən təəssüfləndiyini deyib.

“Seçicilərin maarifləndirilməsini istiqamətində görülən işləri dəstəkləyirəm. Vətəndaşların seçici siyahılarında öz adlarını dəqiqləşdirmək və müvafiq korrektə etmək imkanlarının yaradılması da müsbət dəyişiklikdir, lakin Azərbaycan indiki iqtisadi inkişafını təmin etmək istəyirsə, demokratikləşmə istiqamətində daha əhəmiyyətli tərəqqiyə nail olmalıdır” – deyə B. Kardin bildirib.

BLOQQERLƏRİN HƏBSİ İLƏ BAĞLI


“Azərbaycanda insan haqlarının ümumi mənzərəsində müşahidə olunan proseslər bizi təəssüfləndirir” – deyə B. Kardin bildirib və əlavə edib:

“ABŞ Helsinki Komitəsi prezident Əliyevə bloqqerlərin işi ilə bağlı məktub göndərib, Bakıda səfərdə olanda Dövlət Katibi Hillary Klinton da bu məsələni qaldırıb. Hər şeydən göründüyü kimi, Azərbaycan rəhbərliyi bu işin ölkənin ad-sanına nə dərəcədə ziyan vurduğunun fərqinə varmır və təəssüf ki, ölkə reputasiyasına dəyən bu ziyan davam etməkdədir”.

EYNULLA FƏTULLAYEVLƏ BAĞLI


“Təxminən eyni fikirləri Azərbaycan Ali məhkəməsinin jurnalist E. Fətullayevin həbsdə saxlanılması haqda hökmü ilə bağlı da demək olar” – deyən B. Kardin xatırladıb ki, bu qərar Avropa İnsan haqları məhkəməsinin hökmünə ziddir.

AZƏRBAYCAN VƏ İNSAN HAQLARI İLƏ BAĞLI


Azərbaycanla əməkdaşlığın əhəmiyyətini qeyd edən senator deyib ki, Vaşinqtonla Bakının münasibətlərinin daha da yaxşılaşması üçün Azərbaycanda insan haqlarının vəziyyətində davamlı tərəqqiyə nail olmaq gərəkdir.

“Ümid edirəm ki, Azərbaycan rəhbərliyi belə tənqidi fikirlərə göstərdiyi münasibətini dəyişəcək” – deyə B. Kardin qeyd edib

QEYD: ABŞ Helsinki Komissiyası və ya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası 1976 ildə yaradılıb. ABŞ Senatının və Nümayəndələr Palatasının hər birindən 9 nəfər, habelə Dövlət departamentindən, Müdafiə və Ticarət nazirliyinin hərəsindən bir nəfər təmsil olunmaqla yaradılan müstəqil agentlikdir. ABŞ-ın Avropa siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG