Avrozona ölkələrinin maliyyə nazirləri Brüsseldə keçirilən görüşdə İrlandiyaya yardım üçün Beynəlxalq Valyuta Fondu ilə işləməyə razılaşıb.
İrlandiyanın baş naziri Brian Crovn deyib ki, ölkəsi yardıma ehtiyac görmür.
İrlandiya banklarını xilas etməyin nəticəsində böyük büdcə defisiyi ilə üzləşib.
Avropa Birliyinin prezidenti Herman Van Rompuy deyib ki bir il əvvəl Yunanstanda başlamış borc böhranı 27 dövləti birləşdirən Avropa Birliyinin gələcəyini təhlükə altına qoyub.
Altı ay əvvəl Avropa Birliyi Beynəlxalq Valyuta Fondu il birgə Yunanıstanı borc böhranından çıxarmaq üçün 110 milyard dollar yardım etmişdi.