Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:49

Əhmədinejadla Əliyev Memorandum imzalayıb


Mahmud Əhmədinejad Bakıda
Mahmud Əhmədinejad Bakıda
Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Danışıqlardan sonra iki ölkə arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və İran tərəfdən xarici işlər naziri Mənuçehr Mottəki imzalayıblar.

Daha sonra Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfəri noyabrın 17-də başlayıb. İran prezidenti noyabrın 18-də Xəzəryanı ölkələrin Bakıda keçiriləcək sammitində iştirak edəcək.

***

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Azərbaycana rəsmi səfərə gəlib.

İran prezidentini Heydər Əliyev adına hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha sonra Mahmud Əhmədinejad azərbaycanlı həmkarı prezident İlham Əliyevlə görüşüb.

İran prezidenti Azərbaycana Xəzəryanı ölkələrin noyabrın 18-də Bakıda keçiriləcək sammitində iştirak etmək və iki ölkə arasında münasibətlərə dair Azərbaycan rəsmiləri ilə danışıqlar aparmaq üçün gəlib. İran prezidentindən başqa sammitdə Rusiya, Qazaxıstan, Türkmənistan prezidentlərinin də Azərbaycana gəlişi gözlənilir.

Səfərdə Mahmud Əhmədinejadı xarici işlər naziri Manuçöhr Mottəki və energetika naziri Məcid Namju müşayiət edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG