Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:11

Qadın intihar edib



Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Xəzər rayon Prokurorluğundan bildirilib.

Hadisə bu gün rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Sədaqət Qafarova özünü yaşadığı evin həyətindəki hovuza atıb. Onun Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərdən birində müəllim işlədiyi bildirilir. Qadının özünə qəsd etməsinin səbəbləri isə məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.
XS
SM
MD
LG