Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:03

Mahmud Əhmədnejad Bakıda ikitərəfli görüşlər keçirəcək



Iran prezidenti Mahmud Əhmədnejad bu gün paytaxt Bakıda rəsmi görüşlərə başlayacaq. İran xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst yerli mətbuata Mahmud Əhmədnejadın azərbaycanlı həmkarı İlham Əliyevlə aparacağı danışıqlar barədə detallı məlumat verməyib, deyib ki, Xəzər dənizində təhlükəsizlik, ətraf mühit və balıqçılıqla bağlı sammitdə müzakirələr gözlənir.

Keçirdiyi brifinqdə Ramin Memhmanpəsət onu da əlavə edib ki, sammit müddətində Mahmud Əhmədnejad Xəzəryanı dövlət rəhbərləri ilə ikitərəfli görüşlər də keçirəcək.

Sayca 4-cü olan Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti noyabrın 18-də Bakıda keçiriləcək. Artıq Rusiya, İran və Qazaxıstan prezidentlərinin Bakıya gələcəkləri barədə rəsmi məlumat verilib.
XS
SM
MD
LG