Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:43

Obama uşaqlar üçün kitab yazıb


Amerika prezidenti Barak Obama uşaqlar üçün kitab yazıb.

“Nəğmələrim sizin haqqınızdadır” adlanan kitabda uşaqların anlayacağı dildə Amerika tarixinin 13 görkəmli şəxsiyyəti haqda danışılır.

Onlar arasında məşhur alim Albert Eynşteyn də var, baysbol ulduzu Cəki Robinson da.

Obama kitabı həyat yoldaşı Mişelə ithaf edib və mətni qızlarına müraciət formasında yazıb.

Kitabın üz qabığında prezidentin qızları – 9 yaşlı Saşa və 12 yaşlı Malianın öz sevimli itləri Bo ilə çəmənlikdə qaçdıqları şəkil yer alıb.

Kitabın tirajı 500 min nüsxədir.

Bundan qabaqkı iki kitabından Obama 5 milyon dollar qazanıb.

Uşaqlar üçün kitabın puluylasa əlil olmuş əsgərlərin uşaqları üçün təhsil proqramı təsis ediləcək.
XS
SM
MD
LG