Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:41

İran nüvə proqramıyla bağlı danışıqların yerini dəyişmək istəyir



İranın xarici işlər nazirliyi deyir ki, İran nüvə proqramı ilə bağlı danışıqların növbəti raundunun tarixini razılaşdırıb, təklif edilən görüş yerini yox.
Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Katrin Aşton təklif edib ki, dekabrın 5-də Vyana və ya Cenevrədə danışıqlar başlasın. İran Britaniya, Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatların da iştirak edəcəyi danışıqların İstanbulda keçirilməsinə üstünlük verir.

Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün bir daha bildirib ki, İran danışıqlarda əsas diqqətin uranın zənginləşdirilməsinin təxirə salınması ilə bağlı beynəlxalq tələblərə yönəlməsini istəmədi.

Uzun müddətdir davam edən danışıqlar yumşalmağa doğrudur. Qərb İranın nüvə silahı istehsal etməsindən narahatdır, İran isə uranın zənginləşdirilməsindən tibbi sahədə istifadə edəcəyini bəyan edir.

XS
SM
MD
LG