Xalq artisti Yaşar Nurinin vəziyyətində irəliləyiş yoxdur. Bu barədə Lent.az-a onun həyat yoldaşı Rəhimə xanım məlumat verib: “Yaşar hələ də süni nəfəs aparatı ilə nəfəs alır, gözlərini açmır. Həkimlər bu gün çalışacaqlar ki, onu oyada bilsinlər və mən bundan sonra onun yanına girəcəyəm”.
Yaşar Nuri noyabrın 6 da Bakıda xəstəxanaya yerləşdirilib, ayın 9-u isə Bakıdan xüsusi təyyarə ilə İstanbul yola salınıb. O hazırda “Memorial” xəstəxanasındadır.