Keçid linkləri

2026, 13 İyul, bazar ertəsi, Bakı vaxtı 01:35

Yanan göydələndə ölənlərin sayı artır


Çinin Şanxay şəhərində yaşayış binasının yanması nəticəsində ölənlərin sayı 53-ə çatıb. Rəsmi xəbərlər agentliyi məlumat verir ki, 70-dən çox adam xəstəxanaya aparılıb. Bildirilir ki, ilk alovdan bina alışıb yanmağa başladı və tezliklə yayıldı. Alovla mübarizə aparmaq üçün 100-dən çox yanğınsöndürən maşın, texniki qüvvə çağrılıb.

Şanxayda 28 mərtəbəli binada yanğın noyabrın 15-də başlayıb. Binada təxminən 156 ailə məskunlaşıb.
This item is part of
XS
SM
MD
LG