Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:33

AZAL-ın gecikən reysləri bərpa olunub


Güclü dumanın Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının işinə təsiri artıq aradan qalxıb.

Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZAL) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhərrəm Səfərli AzadlıqRadiosuna bildirib ki, dumanla əlaqədar gecikən reyslər artıq bərpa olunub:

“AZAL-a məxsus Tbilisi –Bakı reysi artıq bərpa olunub. Saat 8-də təyyarə Tbilisidən qalxıb və artıq Bakıdadır. Noyabrın 15-də Naxçıvandan iki reysimiz qalxa bilmirdi dumanla əlaqədar. Onlar da bu gün qalxıblar və saat 9-05-də biri, 9-10 dəqiqədə isə ikincisi Bakıya enib”.

Məhərrəm Səfərlinin sözlərinə görə, Çin Hava Yollarına məxsus Urumçu-Bakı reysi ilə uçan və dumana görə Bakıya düşə bilməyib Aşqabada enən təyyarə də artıq oradan qalxıb və bir azdan Bakı Beynəlxalq Hava Limanında yerə enəcək.

Son günlər Bakıda xüsusilə səhər və axşam saatlarında güclü duman müşahidə olunurdu.
XS
SM
MD
LG