Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 16:58

Qazaxıstan prezidenti də Bakıya gəlir



Qazaxıstan prezidenti Nursultan Nazarbayev noyabrın 18-də Xəzəryanı ölkələrin dövlət başçılarının Bakı sammitində iştirak edəcək.

APA-nın məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Askar Abduraxmanov keçirdiyi brifinqdə bildirib. O deyib ki, sammitdə Xəzərin hüquqi statusu və Xəzəryanı ölkələrin digər aktual aspektlərdə əməkdaşlığına dair, o cümlədən təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılacaq.

Zirvə toplantısına 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan rəhbərləri qatılacaq.
Dövlət başçılarının sonda Bəyannamə imzalayacaqları bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG