Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:11

"Moratorium Şərqi Qüdsü də əhatə etməlidiri"


Fələstinin sülh danışıqlarına qayıtması üçün İsrail --moratoriumu yalnız Qərb sahilində aparılan tikinti işlərinə deyil, həm də Şərqi Qüdsdə tikintiyı qoymalıdır.
Danışıqlarda vasitəçilik edən Saeb Erekat belə deyib.

Hazırda İsrail ABŞ-ın təklifi ilə 90 gün müddətinə Qərb sahilində yaşayış məntəqələri salmağı dayandırmağı nəzərdən keçirir.

Təklifə görə, İsrail moratoriumu uzadacağı təqdirdə BMT Təhlükəsizlik Şurasında İsrailə qarşı hər hansı qətnamə qəbuluna veto qoyulacaq.

ABŞ həmçinin İsraili 3 milyard dollar dəyərində qırıcı təyyarə ilə də təmin edəcəyini bildirib.

İsrail və Fələstin arasında birbaşa danışıqlar sentyabrda bərpa olunsa da, bir həftə sonra İsrailin yaşayış məntəqələri salmağa başlaması ilə dayanıb.

Gözlənilir ki, İsrail kabineti ABŞ-ın təklifini bu həftə sonu təsdiqləyəcək.
XS
SM
MD
LG