Keçid linkləri

2026, 21 İyul, çərşənbə axşamı, Bakı vaxtı 00:03

Pakistanda partlayış zamanı 2 nəfər ölüb

Pakistanın şimal-qərbində partlayış zamanı 2 nəfər ölüb. Polis Peşəvərdən 20 kilometr məsafədə yerləşən Adezai bölgəsində daha 3 nəfərin yaralandığını deyib.

Partlayış Talibana etiraz edən ağsaqqallardan biri Əbdül Malikin evinin yaxınlığında baş verib. O, ötən il kamikadze hücumu zamanı öldürülüb.

Polis güman edir ki, bu günkü partlayışın hədəfi onun oğlu ola bilərdi.
Noor Malik atasının Talibanı məğlub etmək missiyasını davam etdirəcəyinə söz verib.
This item is part of
XS
SM
MD
LG