Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 02:44

Rusiyada jurnalistlərə hücuma etiraz olaraq aksiya keçirilib


Jurnalistlərə qarşı hücumlara etiraz edən 200-ə yaxın adam noyabrın 14-də Moskvada etiraz aksiyası keçirib.

Nümayişçilər 2008-ci ildə Mixail Beketova hücumu və nəticədə onun aylarla komada olduğunu, ayaq və barmaqlarının amputasiya edildiyini xatırlayıblar. Jurnalistə hücumu Ximki meşəsindən keçməsi nəzərdə tutulan mübahisəli yol planları ilə əlaqələndirirlər. O, bu planın əleyhdarlarından yazanlardandır.

Bu yaxınlarda isə bu mövzuya toxunan “Kommersant” qəzetinin jurnalisti Oleq Kaşin və fəal Konstantin Fetisov da döyülüb, bir sıra bədən xəsarətləri alıblar.

Jurnalistləri Müdafiə Komitəsi hesab edir ki, Rusiya jurnalistlər üçün ən təhlükəli ölkələrdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG